Bakıda marşrut avtobusuna HÜCUM - SÜRÜCÜ DÖYÜLDÜ / VİDEO

 16:20 15.08.2019     1630

Bakıda marşrut avtobusuna hücum olub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.//Apa.az