Azərbaycanda icra başçısının keçmiş müavini İNTİHAR ETDİ

 17:13 15.08.2019     1315

Qubada intihar hadisəsi baş verib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, rayon sakini, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.  

Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.