Ombudsmanın nümayəndələri fərarilik etmiş erməni hərbçiyə baş çəkiblər

 19:18 15.08.2019     221

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin hauptvaxtına başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Redaktor.az-a verilən məlumata görə, başçəkmədə məqsəd avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş  erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

A. Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitindən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib.