Penitensiar Xidmətdə əhalinin siyahıya alınması ilə bağlı müşavirə keçirilib

 19:45 15.08.2019     213

Penitensiar Xidmətin (PX) Baş idarəsinin və penitensiar müəssisələrin məsul əməkdaşlarının iştirakı əhalinin siyahıya alınması ilə bağlı müşavirə keçirilib.

PX-dən Redaktor.az-a verilən məlumata görə, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli Fərmanının və ““2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətində də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu ilin 1-10 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan siyahıyaalınmada azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin iştirakının təmin edilməsi məqsədi ilə hazırlıq işləri görülüb, məsul əməkdaşlar təyin edilib, onlar treninq və tədbirlərdə iştirak edib və müvafiq təlimatlar verilib.

Müşavirədə iştirak edən Dövlət Statistika Komitəsinin məsul əməkdaşları siyahıya alınma prosesi və müəssisələrə paylanmış sorğu vərəqələrinin doldurulma qaydası barədə danışıb, müşavirə iştirakçılarının suallarını cavablandırıb.