Bakıda iki avtomobil toqquşub - FOTOLAR

 20:25 15.08.2019     261

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, rayonun Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, Prospektlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü “dayan” nişanının tələblərini pozaraq yüksək sürətlə qarşıdakı “Toyota PRADO” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yolayırıcı beton pilitəyə çırpılıb. Hadisə nəticəsində BMW-nin mühərrik yağı yola dağılıb və bu səbəbdən prospektdə nəqliyyatın hərəkətində problem yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları yolun dərhal təmizlənməsi istiqamətində aidiyyəti orqanları məlumatlandırıb. 

222