İlin birinci yarısında 900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib

 12:52 16.08.2019     259

Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn  911 nəfər qeydə alınıb.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Verilən məlumata görə, həmin müddət ərzində Azərbaycandan isə 735 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.