Xocalı polisi 3 tona yaxın narkotik tərkibli bitkini məhv edib

 13:50 16.08.2019     227

Goranboyda 2 hektar ərazidə narkotik bitki aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.