Bakıda yataqxanada yanğın olub

 17:42 16.08.2019     474

Bakıda yataqxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otaqda 2 m² sahədə yataq dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Otaq yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.