Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTOLAR

 12:19 19.08.2019     971

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

2222
Vumart və Güvən reklamı Vumart Güvən