Rusiya vətəndaşı Qazaxda ölüb

 23:19 21.08.2019     698

Qazaxda Rusiya vətəndaşı ölüb.

Redaktor.az-ın məlumatına görə, avqustun 20-də saat 15:30 radələrində Rusiya Federasiyası vətəndaşı, 1946-cı il təvəllüdlü Nazim Hüseynov qonaq gəldiyi Qazax rayonu Canallı kəndindəki evin həyətində qəfildən ölüb. 

İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığından vəfat edib.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırma aparılır. /apa/