Qubada dəhşətli yol qəzası - Sürücü və maşında olan uşaq öldü

 23:57 21.08.2019     1028

Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Rustov kənd sakini Emin Əzizov Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə sürücü və maşında olan azyaşlı dünyasını dəyişib. 


Faktla bağlı araşdırma aparılır.