Qubada yol qəzasında xəsarət alanların SON DURUMU

 09:15 22.08.2019     7125

Ötən gün Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar  -  31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, xəstəxananın Baş həkimi yol qəzasında yaralananların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Qeyd edək ki, xəsarət alanlar Qubanın Rustov kənd sakinləridir.