Göygöldə meşə zolağında yanğın baş verib - FOTO

 04:59 22.08.2019     291

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöl rayonunun Gəncə kəndi yaxınlığında baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb. 

Yanğın söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

****

21 avqust, saat 21:03

Göygöl rayonunun Gəncə kəndində yerləşən meşə zolağında yanğın qeydə alınıb.

Redaktor.az APA-ya istinadən bildirir ki, ilkin məlumata görə, yanğın 2 hektardan artıq ərazini əhatə edib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Bölməsinin  3 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

22