Taxta bazarında baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb

 17:37 22.08.2019     235

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır: "Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 Təcili Tibbi yardım briqadası da cəlb edilib.