Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib - Nazir müavini

 18:10 22.08.2019     291

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, hazırda yanğın davam edir: "Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".