Şamaxıda avtomobilin vurduğu yeniyetmə komadadır - YENİLƏNİB

 13:16 23.08.2019     321

Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 13 yaşlı yeniyetmənin adı məlum olub.

Redaktor.az-ın xəbərinə görə, bir saat öncə Şamaxının Mirikənd kəndi ərazisində "Toyota" markalı minik avtomobili yolu keçən piyada, Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü İsmayılov Rahib Rahim oğlunu vurub. Yeniyetmə ağır kəllə-beyn travması aldığı üçün komaya düşüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin R.İsmayılov idmana gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı araşdrıma aparılır.

***

11:57

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb. 90-FC-787 dövlət nömrə nişanlı "Toyota" markalı minik avtomobili yolu keçən piyadanı, 13 yaşlı yeniyetməni vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Apa.az