Cəbrayıllı məcburi köçkünlər pulsuz tibbi müayinədən keçiblər - FOTOLAR

 14:14 23.08.2019     379

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümüylə bağlı xeyriyyə aksiyası keçirilib.

Redaktor.az bildirir ki, cəbrayıllı həkimlər Biləsuvar rayonunda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə əhalinin pulsuz olaraq tibbi müayinəsi təşkil ediblər.

İki gündür (22,23 avqust) davam edən aksiyada beş sahə üzrə həkim (lor, nevropatoloq, qastroentoloq, oftalmoloq, karioloq) iştirak edib. Onlar qəsəbə sakinlərini təmənnasız olaraq müayinə ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

Aksiyadan olan fotoları təqdim edirik:

222222222