Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb

 15:23 23.08.2019     361

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.

Redaktor.az-ın məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digərlərinin cəzası isə azaldılıb.//Apa.az