Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib

 16:30 23.08.2019     388

Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib.

Redaktor.az-ın məlumatına görə, İran vətəndaşı Xani Murtuza polisə şikayət edərək, 1984-cü il təvəllüdlü Ruslan Quliyevin onu aldadaraq 14 min dollar pulunu mənimsədiyini bildirib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, X.Murtuza Bakıda biznes fəaliyyəti ilə məşğul olur.//Apa.az