Yeni Ramanada 2 hektar quru ot sahəsi, 50 ədəd şam ağacı yanıb

 16:37 23.08.2019     456

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.