İsmayıllıda toyda 25 nəfər zəhərlənib - FOTO

İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.
Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində baş verib.
Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.
Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.
Yardım göstərildikdən sonra 10-a yaxın xəsdə ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.