Qobustanda DƏHŞƏTLİ HADİSƏ - Qardaş bacısını bıçaqladı

 23:53 03.09.2019     836

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

 Redaktor.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. 

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil./report/