Bakıda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

 04:23 04.09.2019     895

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Əmircan qəsəbəsində keçirilən yas mərasimindən sonra 5-6 nəfər gənc arasında mübahisə yaranıb. Tərəflər arasında baş verən kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib. 1999-cu il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu dava zamanı tərəflərdən birinə bıçaqla xəsarət yetirmək istəyərkən özünü yaralayıb. Yaralı dərhal xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, hadisə qan davası olan şəxslər arasında baş verib. Yas mərasimindən sonra tərəflər görüşüb. Bu zaman onlar arasında yenidən münaqişə yaranıb.

Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsində araşdırma araşdırılır. /apa/