FHN Şəmkirdəki qəza ilə bağlı MƏLUMAT YAYDI

 10:07 07.09.2019     351

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirin Sarıtəpə kəndində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Redaktor.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti və müxtəlif xəsarətlər alan 4 nəfər sərnişin xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.