Neftçalada AĞIR QƏZA: 3 ölü, 3 yaralı

 16:21 07.09.2019     622

Neftçala rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)