Sumqayıtda mənzildən Rusiya vətəndaşının meyiti tapılıb

 17:03 07.09.2019     580

Sumqayıtda mənzildən meyit tapılıb. 

Redaktor.az-ın apa.az-ın  yerli bürosuna istinadən məlumatına görə, şəhərin 10-cu mikrorayon ərazisində, ev 61 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.

Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.

Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.