Neftçalada baş vermiş qəzada ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB / FOTO

 22:50 07.09.2019     842

Neftçala rayonunda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, qəzaya uğramış "Mercedes" markalı avtomobilin sürücüsü Habil Həşimov həkimlərin tibbi yardımlarına baxmyaraq, xəstəxanada keçinib. Buna qədər onun vəziyyətinin ağır olduğu deyilirdi.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

***

Saat 17:53

Neftçala rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü Habil Ələkbərov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H. Ələkbərovun vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.(apa)