İmişlidə DƏHŞƏT - 8 yaşlı uşaq öldü

 23:07 07.09.2019     1053

İmişli rayonunda uşaq kanalda boğulub.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib.

2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.(report)