Valideynlərin diqqətinə! - Bu məktəbli çantalarını almayın, övladınızı şikəst edə bilər

 12:24 08.09.2019     551

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Redaktor.az xəbər verir ki, türkiyəli həkim, professor Ayşe Nur Bardak övladını məktəbə yola salacaq valideynlərə uşaqların onurğa sağlamlığı ilə bağlı vacib məsləhətlər verib.

Ayşe Nur Bardak bildirib ki, bu məsələdə əsas diqqət edilməli məqam məktəbli çantasının çəkisidir. Belə ki, məktəbli çantası və içindəki əşyalarının ümumi çəkisi uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır:

"Bədən çəksinin 10 faizindən çox ağır olan məktəbli çantaları uşaqlarda yorğunluq, boyun, çiyin və bel ağrısına, ağciyərin normal fəaliyyətinin pozulmasına səbəb olur. Bütün bu problemlərin qarşısını almaq üçün məktəbli çantasını düzgün seçmək və istifadə etmək vacibdir". Məktəbli çantasının bir çox modeli olduğuna diqqət çəkən professor bildirib ki, ən yaxşı seçim kürəyə asılan və çəkilə bilən təkərli çantalardır: "Məktəbli çantası seçərkən yüngüllüyünə və üzərindəki ağırlıqsız bəzək əşyalarına diqqət etmək lazımdır. Kürəyə asılan çantalar iki geniş qayışlı, bel kəməri və süngər dəstəyi ilə erqonomik olmalıdır. Dar və sıx qayışlar çiyin ətrafındakı sinirləri sıxaraq əllərdə və qollarda uyuşmaya səbəb olur".

Oral Mədənçi / Redaktor.az