Bərdədə 19 yaşlı oğlan özünü öldürmək istədi - Yutubdakı videoya görə

 13:05 08.09.2019     552

Bərdədə intihara cəhd hadisəsi baş verib.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Kamal Feysbuk-da naməlum şəxslərlə mübahisə edib. Nəticədə onun dava etdiyi şəxslər Abdulkərimovun şəkillərindən ibarət video hazırlayaraq təhqiramiz ifadələrlə Yutub-da paylaşıblar. Yaxınlarının verdiyi məlumata görə, videonun silinməsi üçün Kamal hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin video silinmədiyi üçün o, özünü öldürmək istəyib.