Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

 10:15 11.09.2019     292

Bakıda iki avtomobil toqquşub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Tingiz Dəmirçiyevin idarə etdiyi "Toyata Rav4" markalı avtomobillə, Abşeron rayon sakini Saleh Ağayevin idarə etdiyi "Mercedes ML" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və "Mercedes ML" markalı avtomobildə sərnişin olan  Tamerlan Səfərov ağır xəsarət alıb.

Hər 3 yaralı  xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən