Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb

 10:53 11.09.2019     239

“2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.

Redaktor.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.

Nazir qeyd edib ki, Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb.//Apa.az