Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs tutulub

Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da əcnəbi vətəndaşın 400 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov saxlanılıb.