Əli Kərimlinin mühafizəçisinə 30 sutka həbs cəzası verilib

 13:24 11.09.2019     35

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirli həbs edilib.

Redaktor.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsi R. Əmirli barəsində 30 sutka həbs cəzası çıxarıb.  

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir. 

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.//Apa.az