“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılır

 18:53 11.09.2019     629

““Daxili qoşunlar haqqında” və  “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O, qeyd edib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa  tövsiyə olunub və qəbul edilib:  “Payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması  nəzərdə tutulub”.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” ötən il Milli Məclisin yaz və payız sessiyalarının işlər planına salınsa da müzakirəyə çıxarılmamışdı.//Apa.az