Bərdədə heyvanlar arasında xəstəlik yayılıb - FOTO

 21:46 11.09.2019     704

Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb.

Redaktor.az xəbər verir ki, rayonun Mustafaağalı kəndində İsgəndər Alıyevə və bir neçə kənd sakinlərinə məxsus təsərrüfatlarda xəstəlik yayılıb. İri buynuzlu heyvanlarda müşahidə edilən xəstəlik bir heyvanın ölümünə səbəb olub. Hadisə yerinə yerli Baytar həkimlərlə bərabər Kənd təsərrüfatı nazirliyinin nümayəndələri baxış keçirib. Aqrar xidmətlər agentliyinin sədr müavini Bayandur Rzayev bildirib ki, təsərrüfatlarda ciddi təhlükə yoxdur. Bu il havaların normadan artıq isti keçdiyindən ziyanverici həşəratların çoxalmasına səbəb olub. Heyvanlarda bu səbəbdən dəri xəstəliyi yaranıb. Xəstəliyin yaranma səbəbi saxlama şəraitinin düzgün olmamasıdır. Bu istiqamətdə fermerlərlə maarifləndirici söhbətlər aparılıb. Sözügedən kənddə xəstəliyə qarşı Baytar həkimlər tərəfindən vaqsinasiya işi aparılır. Yaxın zamanlarda təsərrüfatlarda olan heyvanlar sağlam həyata qayıdacaq.