Mingəçevirdə hündürlükdən yıxılan fəhlə öldü

 21:58 14.09.2019     605

 

Mingəçevirdə bədbəxt hadisə baş verib. 

Redaktor.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Stansiyada aparılan təmir tikinti işlərində fəhlə Mehman Mustafayev hündürlükdən yıxılıb. Ağır xəsarət alan M. Mustafayev xəstəxanaya yerləşdirilib. Yaralı bir neçə saatdan sonra həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

REDAKTOR.AZ