Goranboyda 57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

 23:30 14.09.2019     649

Goranboyda bədbəxt hadisə baş verib.

Redaktor.az apa-nın yerli bürosna istinadən xəbər verir ki, rayonun Bəşirli kəndində qadın ağacdan yıxılaraq ağır xəsarət alıb. 

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Dilarə İsrafilova bağında ağacdan meyvə yığan zaman hündürlükdən yerə yıxılıb. Müxtəlif dərəcəli xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.