Ayı əl çəkmir: kəndə yeni hücum - Yaralı var

 12:06 15.09.2019     1225

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

Redaktor.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü  Rəsulov  İsmayıl  Yaqub  oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən  xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.