Sabirabadda avtomobil aşdı: ölən var

 12:25 15.09.2019     1743

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Padarçöl adlanan ərazisində qeydə alınıb.

Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirb və maşın yolun kənarına aşıb. 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.