Tanınmış azərbaycanlı jurnalistin həyat yoldaşı vəfat etdi

 16:38 15.09.2019     8305

Tanınmış jurnalist-publisist Azadə Hüseynovaya ağır itki üz verib.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, A.Hüseynovanın uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı 57 yaşlı Cavanşir Vahabov vəfat edib.

Qeyd edək ki, C.Vahabov 2015-ci ildə ağır xəstəliyə düçar olub ə müxtəlif xəstəxanalarda müalicə edilib.

C.Vahabov həm də, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə 6 saylı orta məktəbdə bir sinifdə oxuyub.