FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batdı - VİDEO

 19:10 15.09.2019     260

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Redaktor.az-ın report-a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.