Qobustanda yol qəzası - 1 ölü, 1 yaralı / Fotolar

 23:33 15.09.2019     285

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident sı bu saatlarda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlərdən xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.