Ağcabədidə QƏZA: Sürücü öldü

 23:54 15.09.2019     388

Ağcabədi rayonunda bir nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. Minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

REDAKTOR.AZ