Azərbaycan nefti BAHALAŞDI

 10:36 16.09.2019     673

Ötən həftə ərzində (9-13 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 1,57 ABŞ dolları və ya 2,46% artaraq orta hesabla 65,29 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 67,14 dollar – sentyabrın 10-da qeydə alınıb.