Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

 10:09 19.09.2019     424

Milli Məclisə yeni qanun layihəsi daxil olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsidir. Sənəddə qida təhlükəsizliyi sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və digər məsələlər əks olunub. Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə ediləcək.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.