Müdafiə naziri təlimlərlə bağlı müşavirə keçirib - VİDEO

 10:53 19.09.2019     561

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib.