"Azərişıq"a məxsus maşının qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

 11:38 19.09.2019     600

Qubada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. 

Redaktor.az-ın məlumatına görə, rayonun Söhüb kəndində "Azərişıq" ASC-nin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə Zahid Qurbanov və Namiq Rüstəmov ölüb. Daha iki nəfər - Azər Abdullayev və İlkin Rəsulov xəsarət alıb.

Həmin faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.//Apa.az