İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib

 13:45 19.09.2019     987

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özünü çaya atmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.