Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq

 15:06 19.09.2019     205

Bu ilin sonunadək Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq. 

Redaktor.az-ın xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə Bakıda daha 2 "ASAN xidmət" mərkəzinin açılması gözlənilir. 

Bununla da ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq.

"Hazırda ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN kommunal xidmət” mərkəzi, 1 “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5%-ni əhatə edir", - deyə C. Salmanov qeyd edib.//Apa.az